VİDEO

Laçının işğaldan azad edilməsinin üçüncü ildönümü ilə bağlı videoçarx

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun işğaldan azad olunmasının üçüncü ildönümü ilə bağlı videoçarx hazırlayıb.
Laçın rayonu 1992-ci ilin mayında ermənilər tərəfindən işğal edilib. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.
Videoda Prezident İlham Əliyevin Laçın səfəri, laçınlılarla görüşündə çıxışı, sakinlərin Laçına qayıdışı və bir sıra görüntülər əks olunub.
Həmin videomaterialı təqdim edirik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.