BAKI, 1 dekabr — Sputnik. Qlobal iqlim həllərinin həyata keçirilməsinə sərf olunacaq 30 milyard dollarlıq yeni fondun yaradılıb. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan danışıb.
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının əsas tədbiri olan Ümumdünya İqlim Sammitinin açılış mərasimində bu barədə məlumat verib.
Noyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) açılışı baş tutub və bununla da konfrans rəsmi olaraq işə başlayıb.
Dekabrın 12-dək davam edəcək konfransın əsas mövzuları təmiz enerjiyə keçid, iqlim maliyyələşməsi, təbiət əsaslı həllər, sosial inklüzivlik və digər məsələləri əhatə edir.
Bununla belə konfrans çərçivəsində iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma məsələləri üzrə digər mövzuların müzakirəsi və qərarların qəbul edilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.