ELM

Avropanın "Ariane 6" raketinin ilk buraxılışı 2024-cü ilin yayında planlaşdırılır

Bundan əvvəl "La Nouvelle Tribune" qəzeti Avropanın "Galileo" peyk naviqasiyası layihəsinin Rusiyanın kosmik texnologiyasını boykot etməsi səbəbindən çıxılmaz vəziyyətə düşdüyünü yazmışdı.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Avropanın yeni raket daşıyıcısı olan "Ariane 6"nın ilk buraxılışı 15 iyun - 31 iyul 2024-cü il tarixləri arasında baş tutmalıdır.
"TASS" agentliyinin yazdığına görə, bunu Avropa Kosmik Agentliyinin (ESA) baş direktoru Josef Aşbacher bildirib.
Onun sözlərinə görə, tərtibatçılar yeni daşıyıcı raketin buraxılışı ilə bağlı proqnoza təsir edə biləcək ciddi fəsadlar gözləmirlər.
Josef Aşbacher, həmçinin, qarşıdakı aylarda daha çox sınaqların keçiriləcəyini, lakin mühəndislər üçün həlledici və ən vacib testin mühərriklər, xüsusən də noyabrın 23-də baş verən sonuncu sınaq olduğunu söyləyib.
Bundan əvvəl "La Nouvelle Tribune" qəzeti Avropanın "Galileo" peyk naviqasiyası layihəsinin Rusiyanın kosmik texnologiyasını boykot etməsi səbəbindən çıxılmaz vəziyyətə düşdüyünü yazmışdı.