DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna niyə NATO-ya üzv ola bilməz? Macarıstan XİN rəhbəri səbəbi açıqladı

Siyarto bildirib ki, müharibə şəraitində olan ölkənin regionun təhlükəsizliyinə töhfə vermədiyi aydındır.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Ukrayna indi NATO-ya üzv ola bilməz, çünki bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Kiyev Alyansın prinsiplərinə ziddi olaraq milli azlıqların hüquqlarını sistematik şəkildə pozur. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
"Ukraynanın NATO-ya üzvlüyü iki səbəbə görə yersizdir. Birincisi, NATO-nun yaradılması haqqında Vaşinqton Müqaviləsinin onuncu maddəsində deyilir ki, yalnız Şimali Atlantika təhlükəsizliyinə töhfə verəcək ölkələr alyansa qoşula bilər", - Siyarto bildirib.
Onun sözlərinə görə, müharibə şəraitində olan ölkənin regionun təhlükəsizliyinə töhfə vermədiyi aydındır:
"Ukraynanın Alyansa qəbul edilməsi NATO-nu Rusiya ilə birbaşa toqquşma təhlükəsinə gətirib çıxaracaq. Ukraynanın NATO-ya üzvlüyünün vaxtsız olmasının ikinci səbəbi NATO-nun dəyərlərə əsaslanan bir birlik olmasıdır. Bu da Vaşinqton Müqaviləsində də açıq şəkildə göstərilib. Ona görə də daimi olaraq milli azlıqların hüquqlarının pozduğu üçün Ukraynaya alyansda yer yoxdur".