RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya hərbçiləri Donetskdə USQ-nin komanda məntəqələrini məhv ediblər

Komanda məntəqələri Donetskin Krasnoarmeysk və Novoqrodovka yaşayış məntəqələrinin ərazilərində yerləşib.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (RSQ) bölmələri aviasiya və artilleriyanın dəstəyi ilə Donetskdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) iki komanda məntəqəsini məhv ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, söhbət 53-cü mexanikləşdirilmiş briqadanın arxa komandanlıq məntəqəsindən, eləcə də USQ-nin 31-ci mexanikləşdirilmiş briqadasının artilleriya diviziyasının komanda-müşahidə postundan gedir.
Qeyd olunan komanda məntəqələri Donetskin Krasnoarmeysk və Novoqrodovka yaşayış məntəqələrinin ərazilərində yerləşib.
Bundan əlavə, Rusiya hərbçiləri hava hədəflərini aşkar etmək və izləmək üçün iki radar stansiyasını da - ST-68UM və P-18-i sıradan çıxarıblar.