BAKI, 30 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu ilin dekabrın 14-də birbaşa xətt və geniş mətbuat konfransını birgə formatda keçirəcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
"Dekabrın 14-də Vladimir Putin ilə yekun vuracaq. Bu, həmişəki kimi televiziya kanallarının layihəsi olacaq. Birbaşa xətt və ilin yekunlarına dair mətbuat konfransı birgə formatda keçiriləcək" - dövlət başçısının mətbuat katibi bildirib.
Sualların qəbulu artıq cümə günü, dekabrın 1-də başlayacaq. Peskov qeyd edib ki, tədbirin əvvəlcədən müəyyən edilmiş vaxtı yoxdur və bu tədbir "çox uzun və dolğun" olacaq.
Xatırladaq ki, Rusiya prezidentilə ilk birbaşa xətt 2001-ci ilin dekabrında baş tutub. O zaman Putin 2 saat 20 dəqiqə ərzində vətəndaşların 47 sualını cavablandıra bilib. Dövlət başçısı ilə sonuncu birbaşa xətt 2021-ci il iyunun 30-da baş tutub.