BAKI, 30 noyabr — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberqin alyansın gələn il Ukrayna ilə əməkdaşlığına dair sözlərində heç bir "yenilik" yoxdur.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Kremlin sözçüsü bildirib ki, alyansın Ukraynadakı hərəkətləri təxribat xarakterlidir.
"Burada heç bir yenilik yoxdur. Aydındır ki, NATO Ukrayna ilə əməkdaşlığı davam etdirəcək", - deyə Kremlin sözçüsü bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası alyansın Ukraynadakı hərəkətlərinin təxribat xarakterli olduğuna inanır.
Xatırladaq ki, ötən çərşənbə axşamı Stoltenberq NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası başlamazdan əvvəl Kiyevə alyans ölkələri tərəfindən hərbi dəstəyin davam etdirilməsi və Silahlı Qüvvələrin silahla təmin olunmasının zəruriliyini xatırlatmışdı.