BAKI, 30 noyabr — Sputnik. Qüdsün girişi yaxınlığındakı avtobus dayanacağında atışma baş verib. İsrailin "Magen David adom" təcili tibbi yardım xidmətinin (Davidin Qırmızı Qalxanı) məlumatına görə, terror aktı nəticəsində 7 nəfər yaralanıb.
Bu barədə Rusiya mediası xəbər verib.
Bildirib ki, zərərçəkmiş yeddi nəfərdən ikisi kritik vəziyyətdədir. İsrail polisinin məlumatına görə, iki terrorçu ölkənin paytaxtı girişində avtobus dayanacağında atəş açıb, hər ikisi zərərsizləşdirilib.
2023-cü il yanvarın 28-də Qüdsün ən qədim yaşayış məntəqəsi olan Davud şəhərində də atışma nəticəsində iki nəfər yaralanıb. İsrail hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib və hücum edən şəxs zərərsizləşdirilib.
Bir gün əvvəl isə Qüdsdəki sinaqoqda atışma olub, nəticədə 7 nəfər həlak olub, 10 nəfər yaralanıb. Yerli polis hadisəni terror aktı adlandırıb.