BAKI, 30 noyabr — Sputnik. "Moskva İrəvanı müttəfiq hesab edir və Rusiya Ermənistanla münasibətlərini bundan sonra da inkişaf etdirəcək".
Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ermənistan və Böyük Britaniyanın 2023-2024-cü illər üçün müdafiə sahəsində əməkdaşlıq proqramını imzalamasına belə münasibət bildirib:
"Ermənistan suveren ölkədir və məqsədəuyğun hesab etdiyi dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirir. Bizim Ermənistanla öz münasibətlərimiz var. Təbii ki, Ermənistan dost ölkədir, bizim müttəfiqimizdir".