CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan SOS: Məktəblilərin ölüm halları artıb

Kamilə Əliyevanın fikrincə, nikaha girən gənclər narkoloji müayinədən keçməlidir.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. "Nikaha girən gənclər narkoloji müayinədən keçməlidir".
Bunu deputat Kamilə Əliyeva parlamentdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Deputat qeyd edib ki, bu, həm də narkomaniya ilə mübarizədə təbliğat xarakteri daşıya bilər:

"Artıq narkomaniyaya qurşanan gənc biləcək ki, bu, onun gələcək taleyinə maneə yarada bilər. Hesab edirəm ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməlidir. Bundan əlavə, məktəblilərin ölüm faktı artıb. Onlar ürək çatışmazlığı və bir sıra xəstəliklərdən dünyasını dəyişirlər".

"Etiraf edək ki, bu gün dispanserizasiya formal xarakter daşıyır və həmin mexanizmə yenidən baxılmalıdır" - o, əlavə edib.