BAKI, 30 noyabr — Sputnik. Növbəti ildə 31 min müəllimin sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, sertifikatlaşdırama riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, rus dili, rus dili və ədəbiyyatı, alman dili və fransız dili müəllimləri üçün olacaq:
"Sertikatlaşdırma iyunun sonuncu ongünlüyündə olacaq".
Nazir sertifikasiyanın 2026-cı ilə yekunlaşdırılmasının nəzərdə tutulduğunu söyləyib.
12.10.23, 22:58
Bu müəllimlər üçün də sertifikasiya imtahanı keçiriləcək
Tərbiyəçi müəllimlər üçün sertifikasiya imtahanının keçirilməsi gözlənilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova "Tərbiyəçi-müəllimə peşəkar inkişaf lazımdırmı?" mövzusunda keçirilən onlayn təhsil masasında söyləyib. Sektor müdiri bildirib ki, bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
"Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi bu gün başa çatır", - deyə İlahə Rəsulova qeyd edib.
Qeyd edək ki, bu günlərdə məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı açıqlanıb. Yerli təhsili idarəetmə orqanları tərəfindən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test və müsahibə mərhələsində uğur qazanan namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun vakansiyalara yerləşdirilməsi aparılacaq.
Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur. Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.