NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Bakı Neft Emalı Zavodu planlı təmir üçün növbəti ildə dayandırılacaq

Əvvəlki illərdə SOCAR-ın ölkə daxilində yerləşən zavodları, xüsusilə də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, neft-kimya istehsalı müəssisələri hər il təmir üçün dayandırılırdı.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunu növbəti planlı təmir üçün 2024-cü ildə dayandıracaq.
Bu barədə "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edərək bildirib.
Onun sözlərinə görə, əvvəlki illərdə SOCAR-ın ölkə daxilində yerləşən zavodları, xüsusilə də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, neft-kimya istehsalı müəssisələri hər il təmir üçün dayandırılırdı.
Emil Alxaslı onu da qeyd etdi ki, 2022-ci ildə Bakı neft emalı zavodda keçirilən əsaslı təmir işlərin nəticəsində, müəssisə gələn dəfə təmir üçün 2024-cu ildə dayandırılacaq, yeni ki, iki ildən sonra.
"Məqsədimiz bu müddəti daha da uzatmaqdır", - Emil Alxaslı vurğulayıb.