RUSİYA

Rusiya hər kəslə yaxşı münasibətlər qurmaqda maraqlıdır - Kreml

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yaxın vaxtlarda Rusiyanı ATƏT xarici işlər nazirlərinin, noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyada Skopyedə keçiriləcək illik toplantısında təmsil edəcəyi gözlənilir.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Rusiya qarşılıqlı olaraq bütün ölkələrlə yaxşı münasibətlər qurmaqda maraqlıdır, ancaq xarici təşkilatlarla əlaqələrin bərpası ilə bağlı proqnozlar vermək çətindir, çünki Qərbin mövqeyi qəfildən dəyişir.
Rusiya prezidenti Vladimir Putin noyabrın 22-də Hindistanın ev sahibliyi etdiyi G20 onlayn sammitində çıxış edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yaxın vaxtlarda Rusiyanı ATƏT xarici işlər nazirlərinin, noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyada Skopyedə keçiriləcək illik toplantısında təmsil edəcəyi gözlənilir.
Bu kontekstdə Kreml nümayəndəsinə sual verilib ki, gələn il Rusiyanın ənənəvi olaraq iştirak etdiyi Qərb təşkilatları ilə təmaslarının intensivləşəcəyini gözləmək olarmı?
"Gəlin tələsməyək. Hadisələr bəzən o qədər gözlənilməz şəkildə inkişaf edir və kollektiv Qərbin müəyyən məsələlərdə mövqeyi o qədər gözlənilməz şəkildə dəyişir ki, indi nəyisə proqnozlaşdırmaq imkanımız çox məhduddur", - deyə Peskov cavab verib.