BAKI, 29 noyabr — Sputnik. Hazırda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmaslar nəzərdə tutulmayıb, lakin belə bir görüş Sankt-Peterburqda Aİİ sammiti çərçivəsində baş tuta bilər. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Əgər cənab Paşinyan hamı kimi Sankt-Peterburqa gəlsə, o zaman danışmaq üçün əla fürsət yaranacaq”, - Dmitri Peskov bildirib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Alpha News”a bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi ənənəvi görüşündə və dekabrda Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi iclasında iştirak edəcək.
Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan bildirmişdi ki, Ermənistan təşkilata sədrliyi öz üzərinə götürdüyü üçün Aİİ-nin Sankt-Peterburqda keçiriləcək sammitində iştirak etməlidir.