DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: Türkiyə ilə Yunanıstan ortaq fikrə gələ bilər

NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı qarşıdurma həddində olublar.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Ankara ilə Afina arasında fikir ayrılıqlarının olacaq, lakin bu, "ortaq dil tapmaq mümkün deyil" anlamına gəlmir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı qarşıdurma həddində olublar və son vaxtlar münasibətləri yaxşılaşdırmağa çalışırlar. Noyabrın 27-də Ankarada etimad tədbirlərinə dair görüş keçirilib, tərəflər razılaşdırılmış tədbirlərin həyata keçirilməsini asanlaşdırmaq üçün təmas mexanizmi yaratmaq barədə razılığa gəliblər.
"Ölkələr arasında fikir ayrılıqlarının olması təbiidir. Əsas odur ki, onları dalana dirənmədən həll etmək istəyirik. Dekabrın 7-də Yunanıstana səfərə yanaşmamız da məhz belədir. Dünən fikir ayrılıqlarımız olub, sabah da olacaq. Amma bu iki ölkə olaraq ortaq dil tapa bilmirərik demək deyil. Əməkdaşlığımızı inkişaf etdirə biləcəyimiz bir çox mövzular var. Arzu edirəm ki, səfərimiz ölkələrimiz üçün yeni səhifə açsın" - Türkiyə lideri deyib.