BAKI, 28 noyabr — Sputnik. Göyərtəsində mini-dron daşıya bilən Rusiyanın Su-57 qırıcısı dünyada unikal döyüş təyyarəsinə çevriləcək.
Bu barədə RİA Novosti ABŞ-ın "Military Watch" jurnalına istinadən xəbər verib.
"Mini-dronları göyərtədə daşımaq qabiliyyəti sayəsində Su-57 bütün dünyada tamamilə unikal döyüş təyyarəsinə çevriləcək", - materialda deyilir.
Jurnalistlər qeyd ediblər ki, dronların qırıcı təyyarənin arsenalına daxil edilməsi onun hava döyüşlərində effektivliyini əhəmiyyətli dərəcədə artıracaq və müdafiəsini yaxşılaşdıracaq.
Bu yaxınlarda məlumatlandırılmış mənbə RİA Novosti-yə bildirib ki, Rusiyanın beşinci nəsil qırıcısı üçün Su-57 mini-dronlar yaradılıb. Bu qırıcı təyyarənin xarici hissəsində və gövdədaxili bölməsində mini-dronları daşıya və onları havadan buraxa biləcək. Söhbət zərbə dronlarından, kəşfiyyat aparatlarından və radioelektron mübarizə PUA-lardan gedir.
Su-57 - beşinci nəsil çoxməqsədli qırıcıdır. O, nəzərə çarpmayan texnologiyalardan və qabaqcıl elektronikadan istifadə edilməklə hazırlanıb. Bu döyüş maşını füzelajın daxili bölmələrində silah daşımağa qadirdir. Təyyarə də səsdən sürətli kreyser sürətinə malikdir, eyni zamanda böyük yüklərlə manevr edə bilir.