BAKI, 28 noyabr — Sputnik. Rusiya öz siyasətini reallıqlara uyğun qurur.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı Rusiya ilə qarşıdurma yaratmaq və onu cilovlamaq üçün bir vasitədir.
"Biz bunu çox yaxşı başa düşürük, ona görə də gələcək fəaliyyət xəttimizi məhz bu reallıqlara uyğun qururuq. Xüsusi hərbi əməliyyat davam edir", - deyə Peskov vurğulayıb.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Moskvadan alyans ölkələri və blokdakı müttəfiqlər üçün birbaşa hərbi təhlükə yoxdur. Eyni zamanda təşkilatın Arxa cəbhənin təminatı və Logistika üzrə Birgə Komandanlığının rəhbəri Aleksandr Zolfrank "hərbi Şengen"in yaradılmasının zəruriliyini bəyan edib. O NATO-nun hərbçilərin və sursatların daşınması zamanı milli qaydalarla bağlı problemləri olduğunu qeyd edib.