BAKI, 28 noyabr — Sputnik. Ermənistan prezidenti Vaaqn Xaçatryan "Dağlıq Qarabağ"ın dövlət institutlarının qorunub saxlanılması məsələsinə münasibət bildirib.
Ermənistan dövlət başçısının sözlərinə görə, Ermənistan Respublikası var və onun dövlət qurumları fəaliyyət göstərir.
"Bəs bu qurumlar nə üçün nə fəaliyyət göstərəcək?", - o soruşub.
Onun sözlərinə görə, eyni zamanda, İrəvan Qarabağ ermənilərinin hüquqlarını qoruyur.
Xaçatryan bildirib ki, Qarabağı könüllü tərk edən erməni sakinlərin oraya qayıtması məsələsi müzakirə olunur.
Ermənistan Prezidenti onu da əlavə edib ki, hazırkı hakimiyyət Qarabağı təslim etməyib və Qarabağ hələ 1991-ci ildə Azərbaycanın tərkib hissəsi kimi tanınıb.