BAKI, 28 noyabr — Sputnik. "Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib".
Bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr" adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini, insanların öz yurdlarına qayıtmasını çətinləşdirir: "Minadan təmizlənmə çox vaxt aparan və baha başa gələn bir prosesdir. Artıq üç ildir Azərbaycan ərazilərini işğaldan azad edib və bu 30 il ərzində həmin ərazilər kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi tamamilə minalarla çirkləndirilib, minalar bütün ərazilərdə pərakəndə şəkildə basdırılıb. Hətta qəbiristanlıqlar, əkin sahələri belə minalanıb".