BAKI, 28 noyabr — Sputnik. ABŞ Prezidenti Co Baydenin administrasiyası daxilində ölkənin Yaxın Şərqdəki siyasəti ilə bağlı iki düşərgəyə parçalanma olub.
"The Washington Post" bu barədə xəbər verib.
Nəşrin yazdığına görə, Ağ Ev daxilindəki parçalanma Baydenin uzun müddət administrasiyada işləyən baş köməkçiləri ilə bir sıra gənc əməkdaşlar arasındadır.
Məqalədə o da qeyd edilib ki, hətta yüksək rütbəli müşavirlər də Fələstin-İsrail münaqişəsinin ABŞ-ın qlobal nüfuzuna xələl gətirdiyini etiraf edirlər.
Nəşrin müəllifləri öz növbəsində vurğulayıblar ki, əgər münaqişənin lap əvvəlində İsrailə yardım hissedilməz dərəcədə olsaydı, Baydenin manevr üçün daha geniş imkanları olardı.
Bundan əvvəl "NBC" telekanalı da Amerika liderinin reytinqinin rekord həddə aşağı olduğunu bildirmişdi. Səbəb isə onun Yaxın Şərqdəki hərəkətləri olub.