BAKI, 25 noyabr - Sputnik. Türkiyənin nümayəndə heyəti qaz qovşağının yol xəritəsini müzakirə etmək üçün dekabrın birinci yarısında Rusiyanın Sankt-Peterburq şəhərinə səfər etməyi planlaşdırır.
Bu barədə “RİA Novosti” Ankaradakı mənbəyə istinadən məlumat yayıb.
“Bəli, həqiqətən belə bir fikir var. Biz bu niyyətimizi rusiyalı həmkarlarımızla danışıqlarda ifadə etmişik”, – agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, hazırda razılaşdırma işləri aparılır.
“İlkin olaraq bu, dekabrın birinci yarısına nəzərdə tutulub”, – mənbə qeyd edib.
25.11.23, 19:10
Türkiyə ilə Rusiya arasında mühüm sənəd imzalanıb
Ankarada Türkiyə-Rusiya Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın (KEK) 18-ci iclası baş tutub.
Bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat “X” sosial media hesabında bildirib.
Qeyd olunub ki, iclasın nəticələrinə dair protokol imzalanıb.
Rusiya tərəfindən sənədi Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak imzalayıb.
O qeyd edib ki, iki ölkə 2022-ci ilin sonunda 68 milyard dolları ötən ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəfləyir.