İQTİSADİYYAT

Overçuk: Rusiya Aİİ-də elektromobillərə olan tələbatı ödəyə biləcək

Rusiya Federasiyası Baş nazirinin müavini Aİİ Şurasındakı həmkarları ilə birlikdə Ümumrusiya Səgi Mərkəzində Rusiya elektromobillərinin sərgisinə baxış keçirib.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. Yaxın gələcəkdə Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində elektromobillərə olan tələbatı ödəyə biləcək, onların istehsalı assosiasiyanın digər ölkələrində də geniş yayılacaq. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"İnanırıq ki, yaxın gələcəkdə biz öz istehsalımız hesabına elektromobillərə olan tələbatı ödəyə biləcəyik.Burada Rusiyanın elektromobilləri təqdim olunur, bu istehsal Qazaxıstanda da inkişaf etməyə başlayır və düşünürəm ki, geniş yayılacaq", - deyə o bildirib.
Rusiya Federasiyası Baş nazirinin müavini Aİİ Şurasındakı həmkarları ilə birlikdə Ümumrusiya Səgi Mərkəzində Rusiya elektromobillərinin sərgisinə baxış keçirib.
"Aİİ Şurasının bu yaxınlarda keçirilən iclaslarının birində Aİİ-dəki həmkarlarımız elektriklə işləyən avtomobillərin Aİİ ərazisinə idxalı üçün sıfır gömrük rüsumunun uzadılması məsələsini qaldırdılar. Nəticədə, bir ay əvvəl biz bu müddətin uzadılması barədə qərar verdik. Bununla belə, biz həmkarlarımıza bu gün Rusiyada elektromobil istehsalı sektorunda inkişaf edən imkanları göstərmək qərarına gəldik".
Overçuk təklif edib ki, Aİİ iki ildən sonra yenidən bu məsələyə qayıdanda sıfır rüsumun uzadılmaması tamamilə mümkündür.
Moskvadakı ÜRSM-da "Rusiya" sərgi-forumu çərçivəsində Aİİ Şurasının sədri, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə Avrasiya İqtisadi Komissiyası Şurasının növbəti iclası keçirilib.