BAKI, 27 noyabr - Sputnik. Gəncə şəhərinin Eminbəyli küçəsində qətl hadisəsi qeydə alınıb.
Belə ki, qardaş bıçaqla bacısını qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.
Məlum olub ki, qardaş bacısını "Instagram"dan istifadə etdiyi üçün bıçaqlayıb. O, bacısının boğazını kəsərək qətlə yetirib.
Bacısını qətlə yetirən şəxsin hərbçi Əli Allahverdizadə olduğu müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.