Mətbuat mərkəzi

Gələn ilin büdcəsi necə olacaq?

Azərbaycanın 2024-2027-ci illər icmal büdcəsinin gəlirlərinin həcmi açıqlanıb.
Sputnik
Hazırda Azərbaycan Respublikasının 2024-cü il büdcəsinə baxılmasının yekun mərhələsindədir.
Büdcənin əsas parametrləri məlumdur. Belə ki, bu parametrlərə görə gəlirlər 34,173 milyard manat, xərclər 36,763 milyard manat (o cümlədən mərkəzləşdirilmiş gəlirlər 33,4 milyard manata yaxın, yerli gəlirlər 773,105 milyon manat, mərkəzləşdirilmiş xərclər 35,98 milyard manat, yerli xərclər – 782,453 milyon manat) təşkil edəcək.
Bundan başqa, Azərbaycanın 2024-2027-ci illər icmal büdcəsinin gəlirlərinin həcmi də açıqlanıb. Məlumdur ki, büdcədə müdafiəyə ayırmaların artırılması, işğaldan azad edilmiş torpaqların bərpası, habelə sosial müavinət və pensiyaların ödənilməsi ilə bağlı əhəmiyyətli dəyişikliklər nəzərdə tutulub.
Azərbaycan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadə noyabrın 29-da saat 11.00-da "Sputnik Azərbaycan" Multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında yeni büdcə və onun əsas parametrləri barədə danışacaq.
Əlaqələr: Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində baş tutacaq.