HADİSƏ

Bakıda güclü külək nəticəsində 3 nəfər xəsarət alıb

Mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. Bakıda əsən güclü külək 3 nəfərin xəsarət almasına səbəb olub.
Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd APA-ya açıqlaqmasında bildirib ki, həmin şəxslər mərkəzə yerləşdirilib.
"Külək onlardan birinin başına yük maşının arxa qapısını çırpıb, nəticədə alın nahiyəsinin çapılmış zədəsi, 1 nəfərin başına ağac, digər şəxsin üzərinə isə dəmir parçası düşməsi nəticəsində başın küt travması qeydə alınıb.
Mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub" - məlumatda qeyd edilib.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirib ki, hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb.