HƏRBİ

Türkiyənin milli müdafiə naziri Bakıya niyə gəlib?

Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.
Sputnik
BAKI, 26 noyabr - Sputnik. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" səhifəsində məlumat yayıb.
Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.
Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək.