HADİSƏ

Qobu sakinindən qeyri-adi hərəkət: Babasının mirasını polisə verdi

Sosial şəbəkələrdə DİN-in vətəndaşlara müraciətini dinləyən vətəndaş babasından qalan mirası polisə təhvil verib.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə müraciət edən qəsəbə sakini 1980-ci il təvəllüdlü R.Dostalıyev 1998-ci ildə dünyasını dəyişən babası N.Dostalıyevdən qalan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq Bölmə əməkdaşlarına təhvil verib.
Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.
25.11.23, 10:22
Polislər əhalidən silahları toplamağa davam edirlər
Noyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 tapança, 1 ədəd qumbara, 1 patron darağı, 9 ədəd patron və 12 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
DİN-in mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı, 5 ədəd patron və 3 ov tüfəngi aşkar edilərək götürülüb.
Saatlı sakinləri isə silahları könüllü verdilər
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinləri arasında keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Belə ki, son iki gün ərzində qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən vətəndaşlardan 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, eləcə də 1 ədəd "AKMS" markalı avtomat, 1 ədəd həmin silaha məxsus daraq və 20 ədəd patron təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Sumqayıt sakini "Kalaşnikov"la yaxalandı
Sumqayıt şəhər sakininin üzərində silah-sursat aşkarlanıb.
Polis əməkdaşları Sumqayıt şəhər sakini - 1993-cü il təvəllüdlü Əliyev Rəmzi Xudaverdi oğlunun üzərindən 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin avtomata məxsus 1 ədəd sandıq və 10 ədəd güllə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
DİN-in ötən gün yaydığı məlumata görə, Qubadlı rayonunda silah-sursat aşkar edilib. Keçirilən növbəti tədbir zamanı rayonun Tarovlu kəndi ərazisindən 1 "Faqot", 1 qumbaraatan, 1 pulemyot, 1 avtomat, 19 qumbara, xeyli sayda patron və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.