BAKI, 25 noyabr — Sputnik. Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, zəncəfilin müntəzəm istehlakı libidonu artırır və insanların cinsi həyatını yaxşılaşdırır.
"The Sun" xəbər portalı ilə söhbətində müəlliflər qeyd ediblər ki, zəncəfil Viaqranın təbii analoqu kimi çıxış edir.
Ümumi sağlamlıq faydalarına malik olan zəncəfil testosteron səviyyəsini və qan axını sürətləndirir. O, həmçinin serotonin hormonunun səviyyəsini azaldır və bununla da insanlara utancaq hissləri bir kənara qoymağa kömək edir.
"Zəncəfilin həm kişilərdə, həm də qadınlarda cinsi funksiyanı yaxşılaşdırdığına dair sübutlar var. Ondan cinsi həyatı yaxşılaşdırmaq üçün ucuz, lakin təsirli vasitə kimi istifadə etmək olar", - deyə əsərin müəllifləri bildiriblər.
Tədqiqatda 500 çinli iştirak edib. Onlar həftədə neçə gün zəncəfil yedikləri, cinsi əlaqədə olduqları və ya ehtiras hiss etdikləri ilə bağlı sorğuda iştirak ediblər. Məlum olub ki, daha çox zəncəfil yeyənlər cinsi həyatlarında daha uğurlu olublar. Bu həm kişilərə, həm də qadınlara aiddir.