CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənədsiz evlərə çıxarış almaq asanlaşacaq -ekspert

Nazirlər Kabinetinə altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlamaq tapşırılıb.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. Mənzilə çıxarış almaq asanlaşacaq. Bu məqsədlə "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi yaradılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzilə və ya torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər.
Ekspertin sözlərinə görə, sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqlənəndən sonra isə tələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər. Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Onun sözlərinə görə, yeni sistemin yaradılmasında əsas məqsəd, vətəndaş-məmur ünsiyyətini minimuma endirməkdir.
Qeyd edək ki, Nazirlər Kabinetinə altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlamaq tapşırılıb.