ELM

Qlobal istiləşmənin daha bir səbəbkarı məlum olub

Tam küləksiz havadan qəfil olaraq saatda 100 km sürətlə əsməyə başlayan küləkli havaya keçid vaxtı yaranan tufanlar daha çox ekstremal külək hadisələri yaratmağa başlayırlar.
Sputnik
BAKI, 25 noyabr — Sputnik. ABŞ Milli Atmosfer Tədqiqatları Mərkəzinin yeni araşdırmasına görə, qlobal istiləşmə mərkəzi Şimali Amerikada tufanlar zamanı daha çox dağıdıcı küləklərə səbəb olur.
Bu barədə "Climate Change" jurnalında dərc olunan məqalədə deyilir.
Tədqiqatçılar tez-tez meteoroloji stansiyalar tərəfindən qeydə alınmayan qısamüddətli və lokallaşdırılmış küləklərdəki dəyişiklikləri qiymətləndirmək üçün çox yüksək dəqiqlikli hava müşahidələrini və kompüter simulyasiyalarını təhlil ediblər. Məlum olub ki, son 40 il ərzində ABŞ-da tufan küləklərinin təsirinə məruz qalan ərazilərin sayı beş dəfə artıb.
Tam küləksiz havadan qəfil olaraq saatda 100 km sürətlə əsməyə başlayan küləkli havaya keçid vaxtı yaranan tufanlar daha çox ekstremal külək hadisələri yaratmağa başlayırlar. Tufan güclü hava axını yaradır, bu da öz növbəsində yerlə paralel hərəkət edən və sürəti saatda 91 kilometrə çatan düz xətt cərəyanları yaradır.
İqlim dəyişikliyi, ehtimal ki, aşağı axınlardakı sərin hava ilə ətrafdakı isti hava arasındakı temperatur fərqini artırır. Bu böyük temperatur fərqi soyuq havanın daha da sürətlə aşağı enməsinə imkan verir və fırtınanın zərərli küləklər yaratma ehtimalını artırır.