SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan anklavlarla bağlı suala belə cavab verdi

Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır
Sputnik
BAKI, 25 noyabr — Sputnik. "Ermənistanın 29,8 min kvadratkilometr ərazisindən danışanda bura sovet dövründə Azərbaycana məxsus anklavlar daxil deyil".
Bunu Ermənistan baş naziri Nikol Paşinyan anklavların danışıqlar masasında olması ilə bağlı canlı yayımda Tavuşdan olan vətəndaşın sualına cavabında deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır: "Anklavların danışıqlar masasında olub-olmaması ilə bağlı sual var".
Bununla belə N. Paşinyan qeyd edib ki, Azərbaycan ərazisində də Ermənistanın anklavı var və bu məsələlər qarşılıqlı həll edilməlidir. Onun sözlərinə görə, gələcəkdə bu anklavlara gediş-gəlişin necə olacağını da düşünmək lazımdır.