BAKI, 25 noyabr — Sputnik. Qadcetlərdən həddindən artıq istifadə insanın zehni qabiliyyətlərinə mənfi təsir göstərir. Tədqiqat Macquarie Universitetinin nümayəndələri tərəfindən aparılıb.
Elmi işlərin nəticələri "The Conversation" portalında dərc edilib.
Belə ki, tədqiqatçılar cihazlarda oyun oynamaq, internetdə və sosial şəbəkələrdə "gəzişmək" də daxil olmaqla, qadcetdən istifadənin müxtəlif formalarını araşdıran 34 elmi məqalənin meta-analizini aparıblar.
Məlum olub ki, həddindən artıq ekran vaxtı və qadcet asılılığı olan insanların zehni qabiliyyətləri qadcetlərdən asılı olmayan tədqiqat iştirakçılarından daha aşağı olub.
Əsərin müəlliflərinin fikrincə, elektron cihazların daimi istifadəsi diqqəti uzun müddət saxlamaq qabiliyyətinə ən çox təsir edir. Üstəlik, qadcetdən daha çox asılı olan insanlar özlərinin avtomatik reaksiyalarına daha az nəzarət edirlər.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.