BAKI, 24 noyabr — Sputnik. Ukraynanı NATO silahları ilə təmin etmək Rusiyanın qətiyyətini zəiflətməyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı, şübhəsiz ki, münaqişədə birbaşa iştirak dərəcəsini daha da artırmağa davam edəcək. Lakin bu, xüsusi hərbi əməliyyatın gedişatını dəyişməyəcək və Rusiyanın qətiyyətini zəiflətməyəcək.
Peskov bir müddət əvvəl Kiyevin Rusiya Prezidenti Vladimir Putinə qarşı hədələrindən danışıb. Onun sözlərinə görə, Ukraynada Rusiya liderini dəfələrlə hədələyiblər, amma bundan heç nə çıxmayacaq.