BAKI, 24 noyabr - Sputnik. Türkiyə Rusiya və Ukrayna arasında sülh danışıqlarına yenidən ev sahibliyi edə bilər.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Beynəlxalq Strateji Kommunikasiya Zirvəsində deyib.
O bildirib ki, şərtlər müəyyənləşəcəyi təqdirdə Rusiya-Ukrayna arasında sülh danışıqlarına Türkiyə yenidən evsahibliyi edə bilər.
Xatırladaq ki, bundan əvvəl 2022-ci il martın 29-da Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqlar aparıblar.