BAKI, 24 noyabr — Sputnik. Bəzi ölkələrin vətəndaşlarını Ermənistanın cənub bölgələrinə səfər etməmək çağırışları Ermənistanın baş naziri Nikol Paşinyanı təəccübləndirib . O, bunu birbaşa xətt zamanı vətəndaşların suallarını cavablandırarkən deyib.
ƏsasənABŞ, Fransa kimi ölkələrin səfirlikləri tərəfindən vaxtaşırı Ermənistanın müəyyən bölgələrinə getməmək barədə tövsiyyələr səslənir.
O bildirib ki, bu cür çağırışlar, baş nazirin fikrincə, biznes üçün müəyyən çətinliklər yaradır: "Eyni zamanda, hökumət həm ölkə daxilində, həm də Sünik bölgəsində milyardlarla dollarlıq investisiya layihələri həyata keçirir. Üstəlik, son 5 ildə yatırılan investisiyaların böyük hissəsi ölkənin cənub bölgəsinin payına düşür. Hazırda İranla sərhəddə yerləşən Mehri gömrük məntəqəsində yenidənqurma işləri aparılır, Avropa İttifaqının köməyi ilə müasir texnologiyalarla təchiz olunmuş keçid məntəqəsi yaradılır, əlavə iş yerləri yaradılır".
O bildirib ki, Şimal-Cənub nəqliyyat magistralının tikintisinə yaxın vaxtlarda başlanılacaq: "Texniki problemlər və hava şəraiti səbəbindən vaxtaşırı uçuşlar təxirə salınsa da, Qafandahava limanı açılıb. Baş nazirin sözlərinə görə, bütün bunlar strateji inkişaf və rifah məntiqinə uyğundur".