BAKI, 24 noyabr — Sputnik. "Ümid edirəm ki, Rusiya ilə Qərb arasında "dəmir pərdə" olmayacaq".
Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.
O bildirib ki, Avropa ölkələrinin Rusiya ilə sərhədləri bağlaması "dəmir pərdə"nin əlaməti sayıla bilməz: "Bu barədə danışmaq tezdir. Biz xeyli aqressiv ritorika görürük. Amma ümid edirik ki, "dəmir pərdə" olmayacaq".
Qeyd edək ki, Finlandiyanın baş naziri Petteri Orpo noyabrın 22-də deyib ki, noyabrın 25-dən etibarən Rusiya ilə sərhəddə Raca-Jozeppidən başqa bütün keçid məntəqələri bağlanacaq.