ELM

BMT-nin baş katibi iqlim gündəmi ilə bağlı Antarktidaya gedib

Noyabrın 30-dan dekabrın 12-dək Dubayda BMT-nin İqlim Konfransı (İDK 28) keçiriləcək.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş BMT-nin iqlim dəyişikliyi konfransından (İDK 28) əvvəl Antarktidaya gəldiyini bildirib.
Bu barədə o, sosial mediadakı X səhifəsində yazıb.
"Mən Antarktidaya İDK 28-dən əvvəl gəldim. Buradakı buzlar rekord sürətlə əriyir, dəniz səviyyəsini yüksəldir, bütün dünyada sahil zolağında həyat və dolanışıq vasitələrini təhdid edir", - deyə Quterreş qeyd edib.
Yayımlanan fotoda Quterreş başlıqsız kifayət qədər nazik pencək və trikotaj papaq geyinmiş halda Antarktida mənzərələrini heyranlıqla seyr edir. Qeyd edək ki, Antarktidada yay mövsümü sentyabrdan fevral ayına qədər davam edir.
Xatırladaq ki, BMT-nin İqlim Konfransı (İDK 28) noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçiriləcək.