BAKI, 24 noyabr — Sputnik. Berlin Almaniya iqtisadiyyatını inkişaf etdirməklə Ukraynaya kömək etmək arasında çətin seçim etməli olacaq.
Bu barədə "The Wall Street Journal" yazıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, Olaf Şolts hökuməti artıq Avropa İttifaqına Ukraynaya 50 milyard avro dəyərində 4 illik yardım paketinin verilməsini dəstəkləyəcəyini vəd edib.
"Hökumət hansı sahələrə üstünlük verəcəyinə qərar verməlidir: Avropanın kollektiv müdafiəsini gücləndirmək və Ukraynanı dəstəkləməyə, yoxsa enerji qiymətlərinin artmasının biznes və ev təsərrüfatlarına təsirini yumşaltmağa", - deyə nəşr qeyd edib.
"Almaniyanın iqtisadi çətinlikləri siyasi böhrana səbəb ola bilər", - deyə məqalə müəllifləri vurğulayırblar. Materialda qeyd edilib ki, eyni zamanda, Kiyevə yardımın əleyhinə olan "Almaniya üçün Alternativ" partiyası artıq seçicilərdən görünməmiş dəstək alıb.
Bundan əvvəl Berlinin Ukraynaya 20 ədəd "Marder" piyada döyüş maşınının sursatla birlikdə təhvil verildiyi bildirilib.