BAKI, 24 noyabr — Sputnik. Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisədə xəsarət alan iki nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların vəziyyətləri stabildir.
"Digər xəsarət alanlar xəstəxanadan evə buraxılıblar", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, noyabrın 23-də Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb. Hadisə nəticəsində 33 nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.
***
Bərdə rayonunun Yeni Daşkənd kəndində döşəmənin çökməsi nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən 33 nəfərdən 27-i tibbi xidmət göstərildikdın sonra evə buraxılıb.
"Report"un verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən şəxslərdən xəsarətlərindən ağırlıq dərəcəsinə uyğun olaraq 5 nəfəri palataya yerləşdirilib.
Vəziyyəti nisbətən ağır olan bir nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib.
***
Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.
1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Əlavə məlumat veriləcək.

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb. Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.
Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.
TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb.
Bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib. 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.
Hadisə nəticəsində xəsarət alaraq ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtrel Abbasəli qızıdır.