BAKI, 24 noyabr — Sputnik. Hollandiya hökumətinin başçısı postuna namizəd olan Qert Vilders Rusiyanın yeni müttəfiqi ola bilər.
Bu sözləri alman jurnalist Yulian Repke X* sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
"Hollandiya hökumətinin ehtimal edilən yeni başçısı. Daha bir NATO dövləti Rusiyaya ötürülür", - deyə o qeyd edib.
Repkenin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya dəstəyin getdikcə darmadağın olduğunu, sadəcə olaraq "oturub seyr edə bilər".
Bundan əvvəl fransız jurnalist Qalaqe Fenvik də Rusiya liderinin digər liderlərlə görüşlərdə daha çox gülümsədiyinə diqqət çəkmişdi. Onun fikrincə, belə şən davranış Ukrayna və bütün Qərb üçün bir işarədir.