İQTİSADİYYAT

Aİİ-yə elektrik avtomobillərinin rüsumsuz idxalı müddəti uzadıldı

Rusiya Federasiyasında vətəndaşlığı və ya daimi yaşayış yeri olan şəxslərə elektriklə işləyən nəqliyyat vasitələrinə sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarının verilməsinə icazə verilmir.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası Rusiya istisna olmaqla, Avrasiya İqtisadi İttifaqı ölkələrinə elektriklə işləyən avtomobillərin idxalı üçün gömrük rüsumlarından azad olunma müddətinin 2025-ci il dekabrın 31-dək uzadılması barədə qərar qəbul edib.
Qeyd edilir ki, gömrük rüsumlarından azadolma yalnız Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanda daimi yaşayan vətəndaşlara aiddir. Bununla belə, Rusiya Federasiyasında vətəndaşlığı və ya daimi yaşayış yeri olan şəxslərə elektriklə işləyən nəqliyyat vasitələrinə sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarının verilməsinə icazə verilmir.