BAKI, 23 noyabr — Sputnik. Sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində keçiriləcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Bir qədər əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə görüş barədə məlumatı təsdiqləmişdi.
Xatırladaq ki, noyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün sərhəddə görüşməyə dəvət edərək, İrəvanı yeni lazımsız gecikmələrə yol verməməyə çağırıb.
Noyabrın 22-də Ermənistan Xarici İşlər Nazirliyi sərhəddə görüş təklifini dəstəkləyib.