BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib.
“Report” bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
“Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.
03.11.23
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bağlanan məntəqə Şuşa rayonu ərazisində olub.
Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 9 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
“Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.
16.10.23
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi “bağlanıb”.
“Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.
13.10.23, 21:13
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi “bağlanıb”.
“Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq
11.10.23, 23:55
Sentyabrın 19-dan Rusiya sülhməramlıları Qarabağda 6 müşahidə məntəqəsini və 15 müvəqqəti müşahidə məntəqəsini bağlayıb.
"Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinin cavabdeh olduğu ərazidə atəşkəs rejiminin pozulması halı qeydə alınmayıb.
10.10.23
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin daha bir müşahidə məntəqəsi bağlanıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
08.10.23
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Xocavənd və Ağdərə rayonlarında daha iki müşahidə məntəqəsini bağlayıb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Şuşa rayonunun qaz təchizatını bərpa edən Azərbaycan və Dağlıq Qarabağın birgə qrupunun işinə dəstək veriblər", - məlumatda deyilir.
07.10.23
Rusiya sülhməramlıları Qarabağın Əsgəran rayonunda (Xocalı - red.) daha bir müşahidə məntəqəsini bağlayıblar.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində bildirilir.
06.10.23
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları son 24 saat ərzində iki daimi və bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
05.10.23
"Rusiya sülhməramlılarının Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı (Azərbaycanın Xocalı, Tərtər və Şuşa rayonları - red.) müvəqqəti müşahidə məntəqələri işini dayandırıb".
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisində 2020-ci ilin noyabrında Vətən müharibəsinin yekununda imzalanmış Üçtərəfli bəyanatın şərtlərinə əsasən fəaliyyət göstərirlər.
Rusiya lideri Vladimir Putin oktyabrın 5-də Valday klubunda Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlıların gələcək statusundan danışarkən deyib:
“Rusiya sülhməramlılarının hüquqi statusu istisnasız olaraq 9 noyabr üçtərəfli bəyanatına əsaslanır. Sülhməramlıların heç bir statusu müəyyən edilmədi. İndi niyə belə olduğunu deməyəcəm. Azərbaycan hesab edirdi ki, buna gərək yoxdur. Ona görə də, bunu Azərbaycansız imzalamaq mənasız idi. Sülhməramlıların bütün statusu istisnasız olaraq 2020-ci il bəyanatına əsaslanırdı. Sülhməramlıların hüquqları isə ancaq atəşkəs rejimini müşahidə etmək və ona riayət etməkdən ibarət idi. Orada sülhməramlılarımızın başqa heç bir hüququ yox idi. Ancaq atəşkəs rejiminə riayət etmək və müşahidə etmək, bu qədər..."
Putin qeyd edib ki, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra Rusiya sülhməramlılarının statusu da keyfiyyətcə dəyişikliyə uğrayıb:
"Azərbaycan Prezidenti dedi ki, sizin sülhməramlılar bizim ərazimizdə yerləşir. Gəlin indi onların statusu ilə bağlı ikitərəfli əsasda danışaq. Ermənistan baş naziri Paşinyan da bunu təsdiq etdi, bəli, siz indi ikitərəfli əsasda razılaşmalısız..."