DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Siyasətçi Filippo Aİ-nin Kiyevə yeni yardım ayırmaq qərarını "dəlilik" adlandırıb

Filippot qeyd edib ki, Ukrayna ordusu məğlubiyyət ardınca məğlubiyyət yaşayır və öz mövqelərini itirir.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Avropa İttifaqı Ukraynaya növbəti maliyyə yardımı paketi təqdim edəcək.
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bu qərarı X* (keçmiş Twitter) sosial şəbəkəsində şərh edib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı mövqeyini nəzərə alsaq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin niyyəti əsl dəlilikdir. Filippo qeyd edib ki, Ukrayna ordusu məğlubiyyət ardınca məğlubiyyət yaşayır və öz mövqelərini itirir.
"Aİ Zelenski rejiminə növbəti aylıq çeki - 1,5 milyard avronu ödəyib. Yanvar ayından etibarən hər ay belə olur. Bu dəlilikdir!" – deyə o qeyd edib.
Filipponun fikrincə, Ukraynaya dəstək Avropa əhalisinə ziyan vurur. Belə ki, Fransada xəstəxana büdcəsinin 2024-cü ilə 600 milyon avro azalacağı açıqlanıb.
Bundan əvvəl internet istifadəçiləri fon der Lyayeni "müharibə cinayətlərinin ortağı" adlandırmışdılar. Onların fikrincə, buna səbəb AK rəhbərinin ukraynalı yaraqlılara yardımı "həyati vacib" hesab etməsidir.