BAKI, 23 noyabr - Sputnik. Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə yola düşüb.
Bu barədə Baş nazirin ofisindən bildirilib.
Qeyd olunub ki, o, İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə noyabrın 25-də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb.
Konfransdan əvvəl Baş nazir Viktor Orbanın Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir.
Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto Bakıya səfərə gəlib.
Bu barədə diplomat özünün Feysbuk səhifəsində bildirib.
O, sosial şəbəkə hesabında Bakıda çəkdiyi fotoları da paylaşıb.