BAKI, 23 noyabr — Sputnik. Rusiya və Hindistan Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri Benqal körfəzində artilleriya atəşi həyata keçiriblər.
Bu barədə "TASS" Sakit Okean Donanmasının informasiya təminatı şöbəsindən verilən məlumata istinadən xəbər verib.
"Rusiya-Hindistan hərbi dəniz qüvvələrinin Benqal körfəzində iki günlük təlimi başa çatıb" - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya və Hindistan pilotları iki ölkənin esmineslərinin göyərtələrində eniş məşqi ediblər.
Bu yaxınlarda məlum olub ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının "Admiral Panteleyev" böyük sualtı qayıq əleyhinə gəmisi Taylanda səfər edib.