RUSİYA

Putin: Rusiya və digər KTMT ölkələri terrorizmin heç bir təzahürünü qəbul etmir

Rusiya prezidenti dünyanın bütün regionlarından danışdığını qeyd edib.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Rusiya və digər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkələri terrorizmin heç bir təzahürünü qəbul etmir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Minskdə keçirilən KTMT sammitində deyib.
"Ölkələrimiz, o cümlədən Rusiya terrorizmi onun heç bir təzahüründə və dünyanın heç bir regionunda qəbul etmir.
Bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv olan dövlətlərin təhlükəsizliyini gücləndirmək üçün yeni həll yollarının tapılmasının vacibliyini bəyan edib.