HADİSƏ

Müharibə iştirakçısı olan direktor qəfil vəfat etdi

Eldost Azayev 44 günlük Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.
Eldost Azayev
Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib. Onun qardaşı, jurnalist Vüsal Azayev də Vətən müharibəsində könüllü iştirak edib. Vüsal Azayev Sputnik Azərbaycan-ın əməkdaşıdır. Sputnik Azərbaycan BİA-nın əməkdaşları mərhumun ölümü ilə bağlı onun ailəsinə dərin hüznlə başsağlığı verir.
QARABAĞ
Döyüşə könüllü gedən məktəb direktoru: Müharibə vaxtı bütün maskalar cırılır