BAKI, 23 noyabr — Sputnik. Minskdə keçirilən sammitdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri təşkilatın işinin təkmilləşdirilməsi ilə bağlı sənədlər və birgə bəyannamə imzalayıblar.
Bu barədə TASS məlumat yayıb.
Sammit iştirakçıları digər məsələlərlə yanaşı, Şuranın "KTMT böhrana cavab sisteminin inkişafı tədbirləri haqqında", "KTMT-nin Birgə Mətbuat Mərkəzi haqqında Əsasnamə" haqqında və s. qərarları imzalayıblar.
Xatırladaq ki, noyabrın 23-də Minskdə keçirilən KTMT-nin zirvə toplantısına Ermənistanın baş naziri Nikol Paşinyan, parlament sədri Alen Simonyan, müdafiə naziri Suren Papikyan qatılmayıb.