AZƏRBAYCAN XƏBƏRLƏRİ

Gömrük Komitəsi "Sədərək" gömrük postundakı qanunsuzluq barədə iddialara cavab verdi

Xidmətlərdən faydalanmaq üçün tələb olunan ödənişlər nağdsız şəkildə onlayn qaydada həyata keçirilir.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) Türkiyə ilə sərhəddə yerləşən "Sədərək" gömrük postundan nəqliyyat vasitələrinin növbəsiz keçidinin müqabilində gömrük əməkdaşlarının qeyri-qanuni vəsaitlər almasına dair yayılmış məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Komitədən bildirilib.
Məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində "e-növbə" və "Sürətli keçid" xidmətlərindən istifadə etməklə nəqliyyat vasitələrinin növbəsiz keçidini təmin olunması müqabilində qeyri-qanuni vəsaitlərialınmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Nəqliyyat vasitəsinin növündən, yükün xüsusiyyətindən və sürücü daxil olmaqla sərnişinlərin sayından asılı olaraq əvvəlcədən Komitənin internet səhifəsi, "Smart Customs" mobil tətbiqi üzərindən qeydiyyatdan keçməklə yuxarıda qeyd olunan xidmətlərdən istifadə etmək mümkündür. Xidmətlərdən faydalanmaq üçün tələb olunan ödənişlər nağdsız şəkildə onlayn qaydada həyata keçirilir. Ödənişin nağd qaydada həyata keçirilməsi isə, ümumiyyətlə texniki olaraq mümkün deyil.
"Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və sərhədkeçmə zamanı şəxslərin və nəqliyyat vasitələrinin növbədə durmaqla vaxt itkisinə yol verməməsi, fiziki növbənin azaldılması və sürətli keçidin təmin edilməsi üçün 23 avqust 2019-cu ildə "Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin sürətli keçidinin idarə olunması üzrə Texnoloji Sxem" təsdiq edilib. Texnoloji sxemə əlavə edilmiş razılaşma protolokoluna əsasən dövlət sərhədindən buraxılış məntəqələrində "e-Növbə" və "Sürətli keçid" xidmətlərinin tətbiqinə başlanıb", - deyə açıqlamada qeyd olunub.